Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri
53 nömrəli tam orta məktəbdə baş vermiş insidentlə bağlı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə
Rzaquliyevanı, adıçəkilən təhsil müəssisəsinin direktoru
Firəngiz Həsənovanı və həmin məktəbin XI "b" sinif
şagirdi Aygül Məmmədovanı görüşmək məqsədi ilə dəvət
etmişdir.
Müzakirə zamanı məsələnin hicab zəminində deyil, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məktəbdə
keçirilən fizika fənni üzrə monitorinq imtahanına
nəzarət prosesinə rəhbərlik edən şəxslə şagird arasında
iddia olunan nizam-intizam məsələsi ətrafında yaranmış
mübahisədən qaynaqlandığı müəyyən edilmişdir.
Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyət
göstərən hər bir dövlət orqanının nümayəndəsinin və
tədris prosesinin iştirakçılarının səylərinin tədris
prosesinin qanunun aliliyi, qarşılıqlı hörmət və
tədrisin keyfiyyəti kimi amillərin əsasında qurulmasının
vacibliyi nazir tərəfindən vurğulanmışdır.
Təhsil Nazirliyinin
İctimaiyyətlə
əlaqə şöbəsi |