Bakıdakı bağça-məktəb-lisey kompleksində və 160 nömrəli
klassik gimnaziyada Orenburq Dövlət Menecment
İnstitutunun (ODMİ) təhsil xidmətlərinin təqdimatı
keçirilmişdir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat
xidmətindən AzərTAc-a verilən məlumata görə, təqdimat
mərasiminin əvvəlində ODMİ-də təhsilin və asudə vaxtın
təşkili haqqında videoçarx nümayiş etdirilmişdir.
İnstitutun rektoru Oleq Sviridov şagirdlərin qarşısında
çıxış etmişdir. O demişdir ki, ODMİ-də təhsil
prosesinin məqsədi yüksəkixtisaslı, peşə səriştəli,
ümumi mədəni səviyyəli, həyatda sosial yönümlü qəti
mövqeyə malik mütəxəssislər yetirməkdir. Bu institutda
tam dəyərli tədris prosesinin həyata keçirilməsi üçün
bütün zəruri şərait yaradılmışdır: yüksəkixtisaslı
professor-müəllim heyəti, xüsusi kitabxana, kompüter
mərkəzi fəaliyyət göstərir.
ODMİ-nin resurs mərkəzinin rəisi Vadim Kiçenko
şagirdləri bu instituta qəbul şərtləri ilə tanış
etmişdir. |