Aprelin 10-dan 14-dək Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90
illik yubileyinə həsr olunmuş məktəblilərin respublika
şahmat turniri keçirilmişdir.
Qeyd edək ki, turnir üç yaş qrupu üzrə - 10, 11-12 və
13-14 yaşadək oğlanlar və qızlar arasında təşkil
olunmuşdur. Yarışa respublikanın 37 şəhər və rayonundan
50 oğlan, 48 qız olmaqla, ümumilikdə 98 məktəbli
qatılmışdır.
Turnirin qalibi adına layiq görülmüş məktəblilər müvafiq
dərəcəli diplom və hədiyyələrlə mükafatlandırılmışlar. |