Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

"Heydər Əliyev və Azərbaycan"

 

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Özəl Universitetinin tələbələrinin iştirakı ilə "Heydər Əliyev və Azərbaycan" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar təşkil edilmiş konfransı giriş sözü ilə Naxçıvan Özəl Universitetinin prorektoru Əli Yusifov açaraq qeyd etmişdir ki, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə xalqımızın simvolu səviyyəsinə yüksəlmişdir.

Vurğulanmışdır ki, xilaskarlıq missiyası ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil etmişdir. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik ulu öndərimiz Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq "imzalar içində imzası olmayan", hətta keçmiş SSRİ məkanında belə, yaxşı tanınmayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilmişdir. 1982-87-ci illərdə fövqəldövlət olan keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi ən çətin və mürəkkəb sahələrə nəzarət edən ümummilli liderimiz müstəsna təşkilatçılığı, siyasi uzaqgörənliyi, iti zəkası və qibtəolunası işgüzarlığı ilə xalq arasında böyük hörmət və şöhrət qazanmış Heydər Əliyev fenomeni xarici dövlətlərin tanınmış siyasi liderlərinin, kütləvi informasiya vasitələrinin daim diqqət mərkəzində olmuşdur.

Qeyd olunmuşdur ki, ötən əsrin 90-cı illərinin əvvəlində naşı və səriştəsiz rəhbərliyin nəticəsi olaraq Azərbaycanda yaranmış xaos, iqtisadi və sosial böhran, vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yenə də müdrik şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkəmizdə siyasi hakimiyyətə qayıdışı ilə aradan qaldırılmış, dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoymuşdur. Dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında, iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində, milli mənəvi dəyərlərin dirçəlişində, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində ölçüyəgəlməz xidmətləri dahi rəhbərə sonsuz ehtiram, məhəbbət və əbədiyyət qazandırmışdır.

Sonra məruzə ətrafında Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyevin, Naxçıvan Özəl Universiteti YAP ərazi ilk təşkilatının sədri Mehman Şabanovun çıxışları olmuşdur. Çıxışlarda qeyd edilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik amalı XX əsrin 90-cı illərində dəyəri heç bir tarixi hadisə ilə müqayisəyə gəlməyən nəticə vermişdir. Ulu öndərimiz Heydər Əliyev yaxın və uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, ən dəqiq strategiya və taktikanı müəyyən etmişdir. Ötən illər ərzində ölkədə müşahidə olunan sosial-iqtisadi inkişaf, qüdrətli ordu quruculuğu, respublikamızın regionda lider dövlətə çevrilməsi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artması dahi rəhbərin siyasətinin düzgünlüyünü və alternativsizliyini bir daha təsdiq edir.

Ulu öndərimizin həyat və fəaliyyəti haqqında filmin də nümayiş etdirildiyi tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin  Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov