Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

"Qəlblərdə əbədi yaşayacaqsan"

 

Bakıdakı 70 nömrəli məktəb-liseydə görkəmli dövlət xadimi, tariximizə  qurucu xilaskar kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin  anadan olmasının  90-cı ildönümünə  həsr edilmiş  "Qəlblərdə əbədi yaşayacaqsan" mövzusunda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları məktəbin foyesində və dəhlizində açılmış şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.  Məktəbin direktoru Nazim Qasımov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi  yaşayacaqdır.  Bildirilmişdir ki,  Heydər Əliyev  şəxsiyyətinin  müdrikliyi, böyüklüyü ondadır ki, onun ideyaları, əməli  fəaliyyəti  təkcə bu günlə məhdudlaşmamış, həm də  uzaq gələcəyə ünvanlanmışdır. Azərbaycan tarixinin 1969-cu ilin 14 iyulundan sonrakı dövrünün  əhatəli təhlili  və qiymətləndirilməsi  belə bir həqiqəti aşkar edir ki,  Heydər Əliyevin respublikaya rəhbər seçilməsindən sonra ölkəmizin  ictimai-siyasi həyatında, o cümlədən  maarif və təhsil sahəsində açıq müşahidə edilən tənəzzül  prosesinə son qoyulmuşdur. 70-80-ci illərdə  Azərbaycan intibahını şərtləndirən, onu səciyyələndirən  mühüm amillər sırasında  təhsilin, elmin, mədəniyyətin  yüksəlişi  xüsusilə  diqqəti cəlb etmişdir. Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu təhsil ənənələri sırasında  azərbaycanlı gənclərin respublikamız  üçün  gərəkli  ixtisaslara yiyələnmələrindən  ötrü keçmiş sovetlər  ölkəsinin qabaqcıl ali məktəblərinə  göndərilməsi təcrübəsi xüsusi yer tutmuşdur. Hər il qabiliyyətli  gənclərin böyük bir hissəsinin SSRİ-nin  elm və tədris  ənənələri  ilə tanınmış  qabaqcıl ali məktəblərinə göndərilməsi Heydər Əliyevin uzaqgörən siyasətinə  ən bariz nümunədir.

Şagirdlər  ümummilli lider Heydər Əliyevə həsr edilmiş mahnılar oxuyub, şeirlər söyləmişlər. Monitor vasitəsilə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən görüntülər nümayiş etdirilmişdir. Ümummilli liderin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasəti işıqlandıran görüntülər də monitor vasitəsilə göstərilmişdir.

Çıxış edənlər dünya siyasətinin nəhəngi, Azərbaycan xalqının müdrik oğlu, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin uzaqgörən siyasətindən, ömrünü Vətəninə və millətinə həsr etməsindən söz açmışlar.

Tədbirin sonunda təhsil ocağında ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar müasir təlim texnologiyalarının tətbiqi ilə siniflərdə "açıq dərs"lər dinlənilmişdir. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov