Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

"Məktəbdə psixoloji xidmətin aktual problemləri"

 

Aprelin 18-də Naxçıvan Müəllimlər İnstitutu Naxçıvan şəhər 10 nömrəli tam orta məktəblə birlikdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Məktəbdə psixoloji xidmətin aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirmişdir.

Konfransda çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Sabir Məmmədov bildirmişdir ki, bu gün ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində hər bir məktəbdə yüksək səviyyəli tədbirlər keçirilir. Bu tədbir də silsilə tədbirlərin davamıdır. Naxçıvan Müəllimlər İnstitutu ilə birgə həyata keçirdiyimiz bütün işlər təhsilin inkişafına yönəlmişdir və "Məktəbdə psixoloji xidmətin aktual problemləri"nin müzakirəsinə həsr olunur. Ali təhsil müəssisəsi ilə məktəbin qarşılıqlı əlaqəsi həm də şagirdlərin ali təhsil müəssisəsi ilə əlaqəsinin yaradılmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin şöbə müdiri Firudin Zamanov çıxış edərək təhsil islahatının günün vacib məsələsinə çevrilməsindən danışmışdır.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxış edərək bildirmişdir ki, yeni təhsil islahatının həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli, 168 saylı sərəncamı ilə başlamışdır. Təhsil islahatının əsas məqsədi iki şəxs - öyrədən və öyrənən arasındakı fərdi təlim prosesindən başlayaraq beynəlxalq təhsil şəbəkəsinədək genişlənən bir yolda uşaqların idrak fəaliyyətini inkişaf etdirməkdən ibarətdir. Bu yolda bütün ağırlıq müəllimlərlə yanaşı eyni zamanda məktəb psixoloqunun da üzərinə düşür. Məktəbdə psixoloji xidmətin düzgün təşkili və həyata keçirilməsi xarakter müxtəlifliyinə malik olan uşaqların gələcəyin əsl vətəndaşı olacaq şəxsiyyət kimi formalaşmasına gətirib çıxarır. Müəllimlər İnstitutunun məktəblərlə birlikdə apardığı işin də mərkəzində insan amili, şəxsiyyət amili dayanır.

İnstitutun müəllimi Çinarə Qurbanlı, metodist Mənsim Tarverdiyev, 10 nömrəli məktəbin psixoloqu Aynurə Həsənova çıxış edərək məktəb psixoloji xidmətinin aktual problemlərindən danışmışlar.

Naxçıvan Müəllimlər İnstitutunun IV kurs tələbəsi Gülnar  Mövsümova şair-dramaturq Həsənəli Eyvazlının "Naxçıvan haqqında ballada" poemasından bir parçanı bədii qiraətlə söyləmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli məktəbə psixoloji xidmət işi ilə bağlı 3000 səhifəlik, kurikulumla əlaqədar isə 1000 səhifəlik tədris materialının elektron variantını, o cümlədən professor Oruc Həsənlinin metodistlər  Səmayə Əliyeva və Səkinə Həsənova ilə birlikdə yazdığı "Məktəb psixoloqunun stolüstü lüğəti" metodik kitabını, "Kurikulumların hazırlanması və tətbiqi məsələləri", "Azərbaycan xalq mahnıları və klassik romansları" adlı kitabları məktəbə hədiyyə etmişdir. 

Naxçıvan Müəllimlər  İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov