| 
						
						Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 
						yanvar tarixli 837 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 
						Milli Elmlər Akademiyasının Nizamnaməsi"nin 4-cü bəndinə 
						uyğun olaraq və Azərbaycan Respublikası 
						Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər 
						tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						Azərbaycan Milli Elmlər Akademiyasının ümumi 
						yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının 
						prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əli-zadə bu 
						vəzifəyə təsdiq edilsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 25 aprel 2013-cü il
 |