Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Məktəbdə elmi-praktik konfrans

 

Bakıdakı 19 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. 

Məktəbin foyesində və geniş dəhlizində şagirdlərin ulu öndər  Heydər Əliyevin 90 illik yubileyinə həsr etdikləri müxtəlif səpgili əl işləri sərgilənib. Kətanlarda əl ilə çəkilmiş rəsmlər, toxuma  işləri, respublikamızın dövlət atributlarını, xəritəsini və tarixi abidələrini nəfis şəkildə əks etdirən müxtəlif rəngli muncuqlardan hazırlanmış işlər qonaqların marağına səbəb olub.

Sonra qonaqlar, məktəbin müəllim və şagirdləri akt zalına toplaşıblar. Azərbaycanın Dövlət himni səsləndirilib.  Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məmməd Qənbərov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, misilsiz xidmətlərindən danışıb. Ümummilli liderin anadan olmasının 90-cı ildönümü münasibətilə belə tədbirlərin bütün ümumtəhsil məktəblərində və digər müəssisə və təşkilatlarda  da qeyd edildiyini vurğulayıb.

Məktəbin tarix müəllimləri  Vəfa Heydərova, Piri Arzu Əflatunun  "Heydər Əliyevin fəaliyyəti və dövlət quruculuğu" və "Heydər Əliyevin daxili və xarici siyasəti haqqında" məruzələri dinlənilib. 

Şagirdlər ulu öndərə və onun layiqli davamçısı Prezident İlham Əliyevə həsr edilmiş müxtəlif şeirlər söyləyib, mahnılar oxuyublar. Monitorda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Çıxışlarda müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin 50 milyonluq azərbaycanlılar tərəfindən həmişə hörmətlə anılacağı və sevgi ilə xatırlanacağı qeyd edilib. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov