Bu günlərdə paytaxtın Xəzər rayonunda yerləşən 5 nömrəli
Bakı peşə məktəbinin şagirdləri Qazaxıstan
Respublikasının "Almata" telekanalında yayımlanan
Beynəlxalq İntellektual teleşouda iştirak etmək təklifi
almış və bu təklifə əsasən aprelin 15-də məktəbin
studiyasında çəkilişlər aparılıb. Həmin yarışmada
məktəbin şagirdləri-qrim ixtisası üzrə təhsil alan
Safura Həsənova, Anastasiya Menşova, kino-montaj
ixtisası üzrə Ayşəm Həsənova və Zaur Pirməmmədov iştirak
ediblər. Yarışmanın aparıcısı məktəbin şagirdi,
kino-montaj ixtisasında oxuyan Elmira Bəhlulova idi.
Proqram məktəbin videoçəkilişi üzrə operator ixtisasının
şagirdləri Babək Ramazanov, Ülvi Əskərov və Nicat
Hümbətov tərəfindən çəkilib. Şagirdlər yarışı uğurla
yekunlaşdırıb və sertifikatlarla da təltif olunublar.
Yarış "İntellektual olimpiada" teleproyektinin rəhbəri
Sergey Mironoviç Paşik, proyektin prodüseri Qalena
Petrovna Paşik, "İntellektual olimpiada" üzrə Asiya
çempionu və aparıcı Babur Yusupov və Qazaxıstanda
yaşayan həmyerlimiz, TV layihə "İntellektual
olimpiada"sı şurasının sədri Fuad Hacıyev tərəfindən
təşkil edilib.
Qeyd edək ki, çəkilişin Qazaxıstanın "Almata" kanalında
yayımlanması nəzərdə tutulub.
Niyazi RƏHİMOV |