Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

AMİ-nin Şamaxı filialında Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans

 

Aprelin 16-da AMİ-nin Şamaxı filialında görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Tədbir xalq artisti Həsənağa Turabovun ifasında Məhsəti Gəncəvinin rübailərinin lent yazısının səslənməsi ilə başlandı.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru T.Yusifova qeyd etdi ki, bu gün milli mənəvi dəyərlərinin sahibi olan müstəqil Azərbaycan Respublikasında görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi ənənə halını almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il yanvarın 16-da görkəmli şairə Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Təsadüfi deyildir  ki, Məhsəti Gəncəvinin 900 illik yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına da daxil edilmişdir. T.Yusifova Məhsəti Gəncəvini yetirən XII əsr Azərbaycan intibah mədəniyyətinin özəlliklərindən, Azərbaycan dövlətçiliyinin tarixindən də bəhs etdi.

Sonra dil-ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri E.Eminalıyev "Məhsəti Gəncəvinin həyat və yaradıcılığı" mövzusunda geniş məruzə ilə çıxış etdi. O qeyd etdi ki, Məhsəti Gəncəvi yaradıcılığının əsas leytmotivi olan humanizm, azad cəmiyyət, qadına ehtiram Avropa şərqşünaslarını belə heyran etmiş, Azərbaycan-islam intibahının yetirməsi olan bu sənətkara onlarla elmi, bədii əsər həsr olunmuşdur. Məhsəti Gəncəvi dünya ədəbiyyatının görkəmli sənətkarlarının cərgəsində şərəfli yer tutur.

Kafedranın baş müəllimi Ə.Əkbərov Məhsəti Gəncəvi rübailərinin dünya xalqlarının dillərinə, xüsusən rus dilinə tərcüməsi məsələsi üzərində dayanaraq bu sahədə görülən işlərdən, vacib məsələlərdən bəhs etdi. Baş müəllim M.Maqsudov "Məhsəti yaradıcılığının bəzi məqamları haqqında", S.Baxşıyeva "Məhsəti rübailərinin dil-üslub xüsusiyyətləri" mövzularında çıxışlar etdilər.

Tədbirdə filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələrindən Xəyalə Tağıyeva, Səadət Zülfüqarova və Tünzalə Mustafayeva Məhsəti Gəncəvinin yaradıcılığından danışaraq onun rübailərindən parçalar səsləndirdilər.

Filialın kitabxanasında Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə şairənin yaradıcılığını əks etdirən guşə hazırlanmış, oxu zalında bədii qiraət gecəsi keçirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov