Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Azərbaycan Müəllimlər İnstitutunda "Öyrədənlərin öyrədəni" treninqinə yekun vurulub

 

  Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunda  fənn kurikulumlarının tətbiqi ilə bağlı təlimçi hazırlığı treninqlərinə yekun vurulub. İnstitutun rektoru, professor Aqiyə Naxçıvanlının təşəbbüsü ilə təşkil olunmuş "Öyrədənlərin öyrədəni"ni hazırlayan treninq könüllülər və arzuedənlər üçün keçirilib.

Təlim AMİ-nin əlavə təhsil üzrə prorektoru Rahim Əzizovun rəhbərliyi ilə Təhsil Nazirliyi tərəfindən "Təlimçi" statusu almış institutun əməkdaşları - Əlavə təhsilə xidmət edən kabinetin müdiri Xuraman Nağızadə,  təhsildə innovasiyalar kabinetinin müdiri Dilguşə Süleymanova, metodistlər Solmayə Əmralıyeva, Arzu Kərimova və Mətanət Abbasova tərəfindən aparılıb. On gün ərzində müəllimlər fənn kurikulumları ilə bağlı müxtəlif yeni məsələlərlə tanış olub və bu  məsələlərin auditoriyada tədrisetmə imkanlarını nəzərdən keçiriblər. Belə ki, hər günün mövzusunun tədrisi bir qrupa həvalə olunub və onlar təhkim olunmuş mentorların köməyi ilə təlimə hazırlaşıblar. Hər günün sonunda yeni "Təlimçi"lərin fəaliyyəti iştirakçıların və ekspertlərin köməyi ilə qiymətləndirilib. Bundan başqa, təlimçilər daha iki sınaqdan keçiblər. Onlara nəzəri biliklərin yoxlanılması məqsədilə keçilən bütün materialları əhatə edən test sualları verilib. Daha sonra praktik bacarıqların təhlili üçün xüsusi tapşırıq yerinə yetiriblər.

Beləliklə, treninqdə 29 nəfər iştirak etmişdir ki, onlardan da 4-ü göstərdiyi yüksək nəticələrə görə təhsil naziri Misir Mərdanov və institut rektorunun imzaladıqları təlimçi sertifikatlarına layiq görülüb. İştirakçılardan 12 nəfəri  institut rektorunun imzaladığı təlimçi sertifikatı, digərləri isə I və II kateqoriyalı dinləyici sertifikatı alacaqlar. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov