Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Prezident İlham Əliyev Mingəçevirdə məcburi köçkün ailələri üçün yeni salınan məhəllədə
Ağdam rayon 52 nömrəli tam orta məktəblə tanış olub

 

Aprelin 16-da Prezident İlham Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şəraitlə tanış olmuşdur.

Prezident İlham Əliyev məhəllədə tikilən 480 yerlik Ağdam rayon 52 nömrəli tam orta məktəbi ilə də tanış oldu.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə qayğısını və Ağdamdan olan məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlər yaradılmışdır. Burada, həmçinin indiyədək istifadəyə verilən yeni qəsəbələrin fotostendləri də qurulmuşdur.

Bildirildi ki, yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə təmin edilən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə bənzərsizliyi ilə seçilmişdir. Bu məhəllə qaçqın və məcburi köçkünlər üçün indiyədək salınan sayca 79-cu yaşayış məntəqəsidir.

Dövlətimizin başçısı yaradılan şəraiti yüksək qiymətləndirdi.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov