Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

AMİ-nin Şamaxı filialında Tələbə Elmi Tədqiqat işlərinin konfransı keçirildi

 

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında ulu öndər Heydər  Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Aprelin 6-da keçirilən növbəti tədbir Tələbə Elmi Tədqiqat işlərinə  həsr edilmiş konfrans oldu.

Konfransı giriş sözü ilə açan filialın direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Tünzalə Yusifova  çıxışına ulu öndər Heydər Əliyevin müdrik kəlamları ilə başladı: "Təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Bunlar olmasaydı, iqtisadiyyatımız belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik". Qeyd edildi ki, biz ulu öndərin təhsilə, elmə verdiyi yüksək dəyərləri daim əldə rəhbər tutaraq qabiliyyətli gənclərin elmə cəlb olunmasına xüsusi diqqət yetirməliyik. Yüksək elmi potensialı olan tələbələrimiz həmişə irəli çəkilməli, onların səmərəli işləmələri üçün hər cür şərait yaradılmalıdır. Bu baxımdan  tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsi, yüksək səviyyəli konfransların keçirilməsi çox önəmlidir. 

Tələbə Elmi Cəmiyyətinin sədri Əzizağa Vəliyev qurumun fəaliyyəti və hazırlıq işləri barədə məlumat verdi. Bildirildi ki, konfransa hazırlıq işləri hələ tədris ilinin əvvəlindən başlanılmışdır. Filialda təhsil alan tələbələrin yarısından çoxu  elmi tədqiqat  işi üzərində işləmişdir. Bununla bağlı kafedralarda məsləhət saatları müəyyən edilmiş, tələbələr elmi rəhbərləri ilə müntəzəm olaraq məsləhətləşmələr aparmışlar. Konfransdan bir neçə gün əvvəl poster üsulu ilə qurulmuş elmi tədqiqat işləri  kafedralarda geniş şəkildə müzakirə olunmuşdur. Onlardan yalnız layiqliləri  konfransa vəsiqə qazanmışdır.

Sonra Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının  202-ci qrup tələbəsi Elvin Bəhrəmov "Müasir Azərbaycan gəncliyinin elmə münasibəti", tarix və coğrafiya müəllimliyi ixtisasının 203-cü qrup tələbəsi Gülyanə İmamova "Biz gəncliyin elmi  potensialıyıq" mövzuları ilə çıxış etdilər.

Plenar iclasdan sonra konfrans iki bölmədə öz işini davam etdirdi .

Filialda tələbə elmi-tədqiqat işlərinin konfransının keçirilməsi ilk dəfə olmasına baxmayaraq tələbələr çox böyük maraqla seçdikləri mövzularda problemləri və onun həlli yollarını şəkil, diaqram və cədvəllər üzrə  məntiqə söykənərək elmi şəkildə təhlil etdilər.

Bölmə rəhbərlərinin müzakirələrin yekununa dair hesabatlarından sonra yazılmış işlərdən ən yaxşıları fəxri fərmana layiq görüldü və onlardan bir neçəsinin AMİ-də keçiriləcək Tələbə Elmi Tədqiqat işlərinin VII konfransına göndərilməsi qərara alındı.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov