Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

"Heydər Əliyev və milli mənəvi dəyərlərimiz: Azərbaycan dili"

 

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə  aprelin 5-də Naxçıvan Müəllimlər İnstitutunda "Heydər Əliyev və milli mənəvi dəyərlərimiz: Azərbaycan dili" mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev istər birinci, istərsə də ikinci hakimiyyəti illərində Azərbaycan dilinin dövlət dili kimi tanınmasında çox böyük işlər görmüşdür. Hələ sovet hakimiyyəti illərində SSRİ-nin konstitusiyası dəyişilərkən Heydər Əliyevin ciddi səyi nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində qeyd etdirildi ki, "Azərbaycan SSR-in dövlət dili - Azərbaycan dilidir". Eyni zamanda Azərbaycan müstəqillik əldə etdikdən sonra - yəni 12 noyabr 1995-ci ildə yeni konstitusiya qəbul edilərkən 21-ci maddədə göstərildi ki, "Azərbaycan Respublikasının dövlət dili - Azərbaycan dilidir". Bütün bunlar onu göstərir ki, ümummilli lider Heydər Əliyev dövlətin idarə edilməsi ilə yanaşı, Azərbaycan dilinin inkişafına, dünya dilləri cərgəsində sayılıb-seçilməsinə çalışmışdır.   İnstitutun tədris işləri üzrə prorektoru, professor Akif İmanlı məruzəsində vurğuladı ki, ulu öndər Heydər Əliyev siyasətinin mühüm tərkib  hissələrindən biri də daim dilimizə qayğı göstərməsi olmuşdur.

Sonra institutun tədris işləri üzrə prorektoru, professor Sədaqət Həsənova "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" mövzusunda çıxış etmişdir.   İnstitutun rektoru, professor Oruc Həsənli tədbirə yekun vurmuşdur.  

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov