Aprelin 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində
(ADPU) ali məktəb tələbələrinin ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr
olunmuş bədii yaradıcılıq festivalının seçim turu
keçirilib.
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin birgə
təşkilatçılığı ilə keçirilən tədbirdə ADPU-nun,
Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat
universitetlərinin 120-dən çox tələbəsi iştirak edib.
Qaliblərin yekun konsertinin may ayının əvvəlində
keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, cari il fevral ayının 6-da Təhsil
Nazirliyi və ATİAHİ Respublika Komitəsinin rəyasət
heyəti tərəfindən ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibətilə respublikanın
ali məktəb tələbələri arasında bədii yaradıcılıq
festivalı keçirmək haqqında birgə qərar qəbul edilmişdir.
Bədii yaradıcılıq festivalının əsas məqsədi tələbə-gəncləri
vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli
adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni
zamanda onların incəsənət sahəsində istedadlarını üzə
çıxararaq inkişaf etdirməkdir. Mart ayından başlayaraq
keçirilən festivalda ölkəmizin bütün dövlət və özəl ali
məktəblərinin tələbələri iştirak edirlər.
Şakir CƏFƏROV |