Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş şagirdlər arasında inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib

 

Aprelin 6-da  akademik Zərifə Əliyeva adına liseydə ümummilli lider Heydər Əliyevin  anadan olmasının 90 illiyinə həsr olunmuş ümumi təhsil məktəbləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin  şagirdləri arasında  "Heydər Əliyev məktəblilərin gözü ilə" inşa yazı  müsabiqəsinin yekun mərhələsi keçirilib.

Üç  mərhələdən -  məktəb, rayon (şəhər) və respublika mərhələlərindən ibarət olan inşa yazı müsabiqəsinin yekun mərhələsinə 108 nəfər iştirak hüququ qazanıb.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov və digər rəsmi şəxslər iştirak ediblər.

Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş inşa yazı müsabiqəsinə məktəblilərin böyük maraq göstərdiklərini qeyd edib. Hər il, bir qayda olaraq, ümumi təhsil məktəbləri və peşə liseyləri şagirdlərinin qatıldığı müsabiqə haqqında məlumat verən nazir müsabiqənin Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə keçirildiyini nəzərə çatdırıb.

Artıq yeddinci ildir ki, təşkil olunan bu müsabiqədə hər il 600 mindən artıq şagirdin iştirak etdiyini söyləyən təhsil naziri bildirib ki, ümummilli liderin doğum günü ərəfəsində müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcəkdir. Misir Mərdanov müsabiqəyə qatılan şagirdlərin fəallığını yüksək dəyərləndirib, bunu ulu öndərin xatirəsinə hədsiz hörmət və ehtiramın parlaq təzahürü kimi qiymətləndirib.

Nazir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi baxımından inşa yazı müsabiqəsinin əhəmiyyətindən söhbət açıb, bunun ümummilli liderə ehtiramın bariz nümunəsi olduğunu nəzərə çatdırıb. Təhsil naziri çıxışının sonunda müsabiqənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.

Sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan edilib və məktəblilər "Ulu öndər Heydər Əliyev - nəsillərə nümunə olan dahi şəxsiyyət" mövzusunda inşa yazmağa başlayıblar.

Onu da qeyd edək ki, bilik yarışının qaliblərinin ulu öndər haqqında fikir və düşüncələrinin maraqla qarşılandığı nəzərə alınaraq ən yaxşı işlər toplu şəklində nəşr olunacaq. Müsabiqənin qaliblərinə ənənəyə uyğun olaraq, mükafat və müxtəlif hədiyyələr təqdim ediləcək. 

Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov