| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 3-cü bəndini rəhbər tutaraq, qloballaşma 
						şəraitində Azərbaycan dilinin imkanlarından dövrün 
						tələblərinə uyğun istifadəni və ölkədə dilçiliyin 
						inkişafını təmin etmək məqsədi ilə 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın 
						tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin 
						inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə 
						olunur).  
						
						2. Bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət 
						Proqramının həyata keçirilməsinə nəzarət və tədbirlərin 
						icrası zamanı müvafiq təşkilatlarla işlərin 
						əlaqələndirilməsi Azərbaycan Respublikasının Nazirlər 
						Kabinetinə həvalə edilsin.  
						
						3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
						
						3.1. bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət 
						Proqramının icrasının gedişi barədə ildə bir dəfə 
						Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim 
						etsin;  
						
						3.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll 
						etsin.  
						
						
						İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 9 aprel 2013-cü il
 |