Azərbaycan
Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli,
1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi
istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)"nın icrası ilə əlaqədar Azərbaycan
Respublikası təhsil naziri cənab Misir Mərdanovun
21.01.2008-ci il tarixli "Kiçik Akademiya"ların təşkili
barədə 63 nömrəli əmrinə əsasən Hacıqabul şəhər 8
nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə də
2009-cu ildən "Kiçik Akademiya" fəaliyyət göstərir.
Kiçik akademiyanın 4 bölməsi var: 1.Humanitar,
2.Təbiət, 3.Texniki, 4.Estetik. Bölmələrə (humanitar) X
"a" sinif şagirdi Xəyalə Qaybalıyeva, (təbiət) X "a"
sinif şagirdi Şirin Mehtiyeva, (texniki) IX "a" sinif
şagirdi Emin Eminov, (estetik) VII "a" sinif şagirdi
Əfruzə Əliyeva rəhbərlik edirlər. Bölmələrin iclasları
rübdə 1 dəfə olmaqla keçirilir.
15 mart 2013-cü il tarixində isə KA-nın bütün
bölmələrinin birlikdə təşkil etdikləri yığıncaq
keçirilmişdir. Yığıncaqda məktəbin fənn müəllimləri,
qonaq qismində RTŞ-ın müdiri və şəhər məktəblərinin
direktorları iştirak edirdi.
İclasda Nigar İbadova "Arılar", Sona Məmmədova
"Üçbucağın tərəfləri", Şirin Mehtiyeva "Azərbaycanda
ekologiyanın vəziyyəti", Xəyalə Qaybalıyeva "Azərbaycan
dilinin tarixi", Emin Eminov "Ay və Günəş tutulması",
Aydın Şükürlü "Hacıqabulun tarixi", Aynur Həsənzadə
"Dünyanın 7 möcüzəsi", Fidan Bünyadzadə "Dahi bəstəkar
Tofiq Quliyev" mövzularında təqdimatlar etdilər.
Təqdimatlardan sonra söz RTŞ-ın müdiri Ş.Məmmədova
verildi. O qeyd etdi ki, istedadlı uşaq və gənclərin
aşkara çıxarılması, onların potensial imkanlarının
inkişaf etdirilməsi ötən əsrin 70-ci illərindən
etibarən diqqət mərkəzində olmuş, bu vacib iş sahəsinin
mühüm prioritetlərdən biri kimi irəli sürülərək
reallaşdırılması istiqamətində ciddi addımlar
atılmışdır. Azərbaycanda dövlət müstəqilliyinin
bərpasından sonra, xüsusən 1993-cü il iyunun 15-də
görkəmli dövlət xadimi Heydər Əliyevin respublikada
siyasi rəhbərliyə qayıdışı ilə milli mənəvi dəyərlərin
dirçəlişinə stimul verilmiş, bununla bərabər ölkənin
təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl
dövlətlərin təhsil sisteminə inteqrasiya olunmasına
geniş imkanlar açılmış, istedadlı uşaq və gənclərə
diqqət və qayğının artırılması ölkə Konstitusiyasında
təsbit edilərək təhsil sistemində dövlət siyasətinin
əsas istiqamətlərindən birinə çevrilmişdir.
Məktəbdə "Kiçik Akademiya"ların yaradılması da məhz bu
sahədə görülən işlərin bir hissəsidir. KA-da şagirdlər
sərbəst idarəçilik, təşkilatçılıq, araşdırma və
qərarvermə qabiliyyətlərinə yiyələnirlər. Bu da
şagirdlərin müasir, daima inkişafda olan ölkəmizin
tələblərinə uyğun şəkildə yetişdirilməsinə gətirib
çıxarır. Ş.Məmmədov qeyd etdi ki, bugünkü tədbirdə
şagirdlərin bu qədər sərbəst fikir söyləmələri,
təqdimat aparmaları və bu təqdimatların hamısının
İKT-dən istifadə etməklə nümayiş etdirmələri daha
sevindiricidir. Bildiyiniz kimi, ölkə Prezidentinin
sərəncamı ilə 2013-cü il İKT ili elan edilmişdir.
Bugünkü tədbir bir daha sübut etdi ki, Hacıqabul şəhər
8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə də
ölkə rəhbərinin sərəncamlarına uğurla əməl olunur.
Daha sonra məktəbin direktoru Z.Əsgərova çıxış edərək
qeyd etdi ki, son illər Azərbaycanda istedadlı uşaq və
gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə
yeni tipli təhsil müəssisələrinin şəbəkəsi xeyli
gücləndirilmişdir. Bildiyiniz kimi, Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin 17 aprel
2006-cı il tarixli sərəncamından irəli gələn müddəaları
rəhbər tutaraq rayonda ilk dəfə lisey kimi fəaliyyət
göstərən şəhər 8 nömrəli məktəbin şagirdləri bilik və
təcrübələrini artırmaqla hər zaman öz üzərlərində
işləyirlər. Bu gün təşkil olunan tədbir onların işinin
az bir hissəsidir. Kiçik Akademiya üzvlərinin mövzu
üzərində sərbəst araşdırma aparıb layihələr hazırlaması
məktəbin digər şagirdlərində də həvəs oyadır. Çıxışının
sonunda məktəb direktoru tədbirə gələn qonaqlara
təşəkkür etdi.
Kiçik Akademiyanın prezidenti E.Müzəffərov akademiyanın
fəxri diplomunu Şükür Məmmədova təqdim etdi. Sonda
xatirə şəkli çəkdirildi.
Natavan İBRAHİMOVA |