Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

"Ürəklərdə və tarixin yaddaşında əbədi yaşayacaqsan"

 

Bu günlərdə Bakıdakı 14 nömrəli tam orta məktəbdə müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Ürəklərdə və tarixin yaddaşında əbədi yaşayacaqsan" adlı tədbir keçirildi. Akt zalında təşkil olunmuş tədbirə ilk olaraq üçrəngli Dövlət bayrağı gətirildi.  Dövlət himni ifa olundu. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Hürzad Verdizadə açaraq ulu öndər Heydər Əliyevin keçdiyi mənalı və mübarizələrlə dolu ömür yolundan danışdı.  Bildirdi ki, dahi şəxsiyyətin təhsilimizin, iqtisadiyyatımızın inkişafı, Azərbaycanın nüfuzunun beynəlxalq səviyyəyə yüksəlməsi istiqamətində apardığı böyük  siyasət daim öyrənilməli, araşdırılmalı və təbliğ edilməlidir. Qeyd olundu ki, Heydər Əliyev böyük azərbaycanlı, dövlət xadimi, siyasi lider olmaqla yanaşı, eyni zamanda sədaqətli həyat yoldaşı, mehriban, qayğıkeş, gözəl ata idi.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Əliyev dahi şəxsiyyət Heydər Əliyev haqqında ətraflı məlumat verərək  vurğuladı ki, ulu öndər zəmanəmizin ən nəhəng  siyasətçilərindən biridir. Dərin ağlı, iti zəkası, güclü məntiqi ilə hamını heyrətə gətirən, xalqını, Vətənini sonsuz məhəbbətlə sevən şəxsiyyət idi.

Şagirdlərin ulu öndərə həsr etdikləri şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Səhnəyə çıxan şagirdlər ümummilli lider  Heydər Əliyevin xatirəsi önündə baş əydiklərini, böyük öndərin arzularının, ideyalarının həyata keçirilməsi üçün üzərlərinə böyük məsuliyyətin düşdüyünü bildirdilər. Həmişə müqəddəs Vətən uğrunda mübarizədə ön cərgədə olacaqlarına söz verdilər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix üzrə fəlsəfə doktoru Səmayə Mustafayevanın "Heydər Əliyevin xarici siyasəti",  məktəbin tarix müəllimləri Gülnarə Şamilovanın "Heydər Əliyevin fəaliyyəti və dövlət quruculuğu", Pəri Hüseynovanın "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", Qurban Qurbanovun "Heydər Əliyevin daxili siyasətdə uğurları", musiqi müəllimi Kəmalə Baxışovanın "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzularında  məruzələri dinlənildi.

Tədbirdə ümummilli liderin Azərbaycanın siyasi təlatümlər keçirdiyi ən böhranlı dövrdə hakimiyyətə gələrək ölkəni parçalanmadan xilas etməsi ilə bağlı çıxışları və şərhli slaydlar təqdim olundu. Ulu öndərin ölkənin inkişafını təmin edəcək neft strategiyasının memarı olması və bu sahədəki böyük qətiyyəti, dünya azərbaycanlılarının birləşməsi istiqamətindəki  əvəzsiz xidmətləri barədə də fikirlər səsləndi.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov