Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Konfransda erməni vəhşiliyindən söz açıldı

 

Martın 29-da Naxçıvan Özəl Universitetində 31 mart - azərbaycanlıların soyqırımı günü ilə bağlı elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru, dosent İbrahim Kazımbəyli açaraq bildirmişdir ki, bu soyqırımı Azərbaycanın tarixinə yazılmış qanlı səhifələrdən biridir. Ölkəmiz ikinci dəfə dövlət müstəqilliyinə qovuşduqdan sonra ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman erməni millətçilərinin vəhşiliklərinə verilən hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman xalqımızın milli yaddaşının bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından proqram xarakterli həmin sənəddə hər il martın 31-nin azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi öz əksini tapmışdır.

Konfransda humanitar elmlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun "XX yüzilliyin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət. Mart soyqırımının səbəbləri", tarix müəllimliyi ixtisası üzrə II  kurs tələbəsi Nəsib Mustafayevin "Ermənilərin Bakıda  və ətraf ərazilərdə azərbaycanlılara qarşı soyqırımı siyasəti", I kurs tələbəsi Zivər Tağıyevanın "Naxçıvan əhalisinə qarşı erməni vəhşiliyi" mövzularında çıxışları dinlənilmişdir. Çıxışlarda   erməni millətçilərinin və daşnaklarının "Böyük Ermənistan" yaratmaq xülyası ilə zaman-zaman yeni-yeni fəlakətlər törətmələrindən, soyqırımı və deportasiyaya məruz qalmış xalqımızın başına gətirilən müsibətlər barədə məlumat verilmiş, bu məsələlərin beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tezliklə həqiqi qiymət alacağına əminlik ifadə edilmişdir.

Sonda soyqırımı qurbanlarına həsr olunmuş film nümayiş etdirilmişdir.  

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov