| 
						
						Azərbaycanın görkəmli ədəbiyyatşünası, akademik Bəkir 
						Əhməd oğlu Nəbiyevin xatirəsini əbədiləşdirmək 
						məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 
						109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhərində 
						küçələrdən birinə Bəkir Nəbiyevin adının verilməsini 
						təmin etsin. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
						
						2.1. Ağdaş şəhərinin ümumi təhsil müəssisələrindən 
						birinə Bəkir Nəbiyevin adının verilməsini təmin etsin; 
						
						2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll 
						etsin.  
						
						
						İlham ƏLİYEV, 
						
						Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 4 aprel 2013-cü il
 |