16-22
mart tarixlərində Şamaxı rayon Uşaq-Gənclər Şahmat
Məktəbində "Novruz turniri" adı altında məktəbli
şahmatçılar arasında şəhər birinciliyi keçirilib. Hər
il ənənəvi keçirilən bu turnir böyük maraq doğurub.
Turnir oğlan və qız şahmatçıların iştirakı ilə
İsveçrə sistemi üzrə 9 tur oynanılıb. Yarışda 92
şahmatçı 5 yaş qrupunda (8, 10, 12, 14, 16 ) mübarizə
aparıb.
9 turdan 8 xal toplayan Şamaxı şəhər 2 nömrəli
tam orta məktəbin VIII sinif şagirdi Niyaz
Məmmədov ümumi turnirin qalibi olub. Niyaz 22 mart
- 02 aprel tarixlərində Bakı şəhərində yeniyetmə
şahmatçıların Respublika birinciliyinin finalında
dördüncü dəfə rayonumuzu təmsil edir.
Qızlar arasında müvafiq yaş qruplarında şəhər 2
nömrəli tam orta məktəbin şagirdləri Səriyyə
Hüseynova (8 yaş), Nəzrin Əhmədova (10 yaş), Mədrəsə
qəsəbə tam orta məktəbinin şagirdi Hənifə Mahmudova
(12 yaş), Şamaxı Avropa liseyinin şagirdi İzzət
Ağayeva (14 yaş), şəhər 1 nömrəli tam orta məktəbin
şagirdi İlahə Xudiyeva (16 yaş) bütün rəqiblərini
qabaqlayaraq qalib gəliblər.
Oğlanların mübarizəsində isə Mirəziz Babayev (şəhər
2 nömrəli tam orta məktəb, 8 yaş), Mənsur Sərxanov (şəhər
9 nömrəli tam orta məktəb, 10 yaş), Cavanşir Məmmədov
(şəhər 1 nömrəli tam orta məktəb, 12 yaş), Eldəniz
Xəlilli (Mədrəsə qəsəbə tam orta məktəbinin şagirdi,16
yaş), 14 yaşlılarda isə yuxarıda qeyd edildiyi kimi
Niyaz Məmmədov çempion adına layiq görülüblər.
Çempionlara və II-III yeri tutan şahmatçılara
diplomlar və Şamaxı Rayon Təhsil Şöbəsinin
mükafatları təqdim olunub. Yarışın nəticələrinə əsasən,
şahmat məktəbləri komandalarının zona birinciliyində
iştirak edəcək oğlan və qızlardan ibarət rayon
komandasının üzvləri də müəyyənləşdirilib.
Turnir təsnifat xarakterli olduğundan şahmatçılara
müvafiq idman dərəcələri də verilib. Bunu şahmatçılar
daha böyük razılıqla qarşılayıblar.
Asif AĞAYEV,
Şamaxı Şahmat Məktəbinin direktoru,
əməkdar müəllim, fəxri bədən tərbiyəsi və idman işçisi |