Martın
25-də Bakıda Azərbaycanın müxtəlif bölgələrindən olan
müəllimlərin iştirakı ilə "Möhtəşəm Novruz Bayramı"
şərti adı altında elmi-mədəni görüş keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil
Problemləri İnstitutunun (TPİ) akt zalında Azərbaycanın
əməkdar müəllimi, TN LƏQ məsləhətçisi Almaz Həsrətin
təşkilatçılığı ilə başlayan görüşə Skype vasitəsilə
Kanada, Almaniya, Naxçıvan və Samuxdan da müəllimlər
qatılıb.
Görüşdə TPİ-nin direktor müavini, Kurikulum Mərkəzinin
direktoru Ənvər Abbasov, Kurikulum Mərkəzinin ibtidai
təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova,
Respublika İncəsənət Gimnaziyasının ibtidai təhsil üzrə
metodisti Təranə Əliyeva, ibtidai sinif müəllimi Yaqut
Əzimzadə, Balakən rayonu Qabaqçöl qəsəbə tam orta
məktəbinin direktor müavini Sahib Anqbazov, eyni
rayonun musiqi məktəbinin müəllimi Elxan Kovxayev,
Şəmkir rayonu Zəyəm qəsəbəsi 1 nömrəli tam orta məktəbin
direktor müavini Vüsalə Mehdiyeva, həmin məktəbin
psixoloqu Ülviyyə Cəlilova, Laçın rayonu 11 nömrəli tam
orta məktəbin müəllimi Kəmalə Əliyeva, Mingəçevir şəhəri
19 nömrəli tam orta məktəbin müəllimi Könül Mustafayeva
və 13 nömrəli tam orta məktəbin müəllimi Lütfiyyə
Əhmədova, Saatlı rayonu 1 nömrəli tam orta məktəbin
direktor müavini Cəfər Məmmədov və müəllimləri Günay
Qənbərova, Vüsalə Astanova, Aynur Babayeva, Dədə Qorqud
kənd orta məktəbinin müəllimi Orxan Alışov, Lerik rayonu
M.Qasımov adına
Bibiyoni
kənd tam orta məktəbinin müəllimi Nəriman Qafarov və
Taleh Şahbazov, Ə.Məmmədov adına Livədirqə kənd tam
orta məktəbinin müəllimi Nəvai Zaidov, S.Hacıyev adına
Rvarud kənd tam orta məktəbinin müəllimi Rahim
Muradxanov, Göyçay rayonu Məlikkənd kənd tam orta
məktəbinin müəllimi Gunay Göyçaylı, Cəlilabad rayonu
A.Mehdiyev adına Dövlətəlibəyli kənd tam orta
məktəbinin müəllimi Fəxrəddin Səfərov, Hacıqabul
rayonu Padar qəsəbə tam orta məktəbinin müəllimi
Mircavid Əhmədov, Yevlax şəhəri 3 nömrəli tam orta
məktəbin müəllimi Zülfiyyə Mahmudova, Sabirabad
rayonu Nizami kənd tam orta məktəbinin müəllimi
Elnarə Balayeva, Kürdəmir rayonu Karrar qəsəbə tam
orta məktəbinin müəllimi Aqil Fətəliyev, Süsün kənd
tam orta məktəbinin müəllimləri Kamran Hüseynov və
Rəfael Alməmmədov, İmişli rayonu Çəpərli kənd 2
nömrəli tam orta məktəbin müəllimi Sənan Əliyev,
İsmayıllı rayonu Şəbiyan kənd tam orta məktəbinin
müəllimi Esmira Kazımova, Şəki rayonu Orta Zəyzid
kənd tam orta məktəbinin müəllimi Elnarə Əhmədova,
Quba rayonu D.İsmayılov adına Çiçi kənd tam orta
məktəbinin müəllimi Rüfət Mürsəlov, Gədəbəy rayonu
Gərgər kəndi "Smart SM Production" Təhsil Mərkəzinin
müəllimi Elmar Həsənov, "Qərb Regional Təhsilə Dəstək
İctimai Birliyi"nin sədri Nizami Məmmədli, Səbail
rayonu 50 nömrəli tam orta məktəbin müəllimi Roza
Mirzəliyeva, Bakı şəhəri 219 və 225 nömrəli tam orta
məktəblərin müəllimi Roza Qasımova, 23 nömrəli tam orta
məktəbin müəllimi Abdulla Qəhrəmanov, 8 nömrəli tam orta
məktəbin müəllimi Muxtar Cavadov, 240 nömrəli tam orta
məktəbin müəllimləri Pəri Qasımova və Mehriban
Qulamova, 188 nömrəli tam orta məktəbin müəllimi
Ruhiyyə İbrahimova, 30 nömrəli tam orta məktəbin
müəllimi Şəhla Mirzəyeva, 284 nömrəli məktəbin
müəllimləri Sevinc Abbasova və Yeganə Şirinova, 135
nömrəli məktəbin müəllimi Vaqif Süleymanov, 193 nömrəli
məktəbin müəllimi Kəmalə Süleymanova, 37 nömrəli
məktəbin müəllimi Gülər Həsənova, "Təhsil və zaman"
qəzetinin redaktoru Böyükağa Mikayıllı, Sumqayıt
şəhəri 11 nömrəli məktəbin müəllimi Gülşən Novruzova, 25
nömrəli məktəbin müəllimi Cəmalə Cəfərova, 219 nömrəli
məktəbin müəllimi Təranə İbrahimova iştirak edirdilər.
Tədbirə Skype vasitəsilə Samux rayonu Nizami Gəncəvi
adına tam orta məktəbin müəllimi Zöhrə Verdiyeva,
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin müəllimi
Sevinc Mirzəyeva, Naxçıvandan Naxçıvan Dövlət
Universiteti təməl tibb fənləri kafedrasının müdiri
Elsevər Əsədov, Babək rayonu Xəlilli kənd orta
məktəbinin direktoru Əfqan Vəliyev, Almaniyadan
Braunşvayg şəhəri, Bebelhof ibtidai məktəbinin müəllimi
Şəfəq Azər, Kanadadan Toronto şəhər təhsil şöbəsi xarici
dillər bölməsinin C.H.Best adına 285 nömrəli məktəbinin
Azərbaycan dili müəllimi Yeganə Cəfərova qoşulmuşdular.
İştirakçılar xüsusən də Almaniya və Kanada təcrübəsi
haqqında çıxışları diqqətlə dinləmiş, Azərbaycanda
aparılan kurikulum islahatları ilə müqayisə əsasında
fikirlərini bildirmişlər. Tədbirdə iştirak edən
müəllimləri maraqlandıran xaricdə aparılan təhsil
siyasəti, müəllimlərin dərsə hazırlığı, şagirdlərin
qiymətləndirilməsi kimi məsələlər Skype vasitəsilə
cavablandırılıb. Kanadadan olan Yeganə xanım və
Almaniyadan olan Şəfəq xanım əlavə olaraq yaşadıqları
ölkənin məktəbəqədər təhsil sisteminin və ibtidai
təhsilin quruluşu (ibtidai təhsil kurikulumu) barədə də
çox geniş və maraqlı fikirlər bildiriblər.
Təhsil Problemləri İnstitutunun direktor müavini,
Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov
iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək
ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatlarından
və özəlliklə də Azərbaycan dövlətinin inkişaf etmiş
ölkələrin təcrübəsini öyrənərək sürətlə tətbiq
etməsindən danışıb. O, həmçinin Azərbaycan təhsil
sistemində olan yeniliklər və qarşıda duran əsas
vəzifələr barədə məlumat verib. Ənvər Abbasov ölkəmizdə
həyata keçirilən təhsil islahatlarının mövcud
mərhələləri, hazırkı şəraitdə həmin işlərin icra
vəziyyəti barədə danışıb, bu ana qədər əldə olunan ilkin
nəticələr barədə fikirlərini paylaşıb. O, təhsil
proqramlarının (kurikulumların) və ümumilikdə təhsildə
aparılan inkişafyönümlü addımların daha uğurla
irəliləməsində məhz yaradıcı və yenilikçi, daim axtarış
qabiliyyətinə malik olan müəllimlərin əsas rol
oynadığının vacibliyini xüsusi qeyd edib.
Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Elsevər
Əsədov da müəllimləri təbrik etməklə yanaşı Azərbaycanda
yeni təhsil sistemində qazanılan uğurlar barədə maraqlı
fikirlərini bildirib.
İştirakçılar tədbirin rəsmi hissəsinin Təhsil
Problemləri İnstitutunda keçirilməsinə imkan yaratdığına
görə qurumun direktoru, professor Abdulla Mehrabova və
Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasova təşəkkür
ediblər.
Rəsmi hissə bitdikdən sonra iştirakçılar Şəhidlər
xiyabanından başlayan şəhər gəzintisinə çıxıblar.
Xiyabanda Azərbaycan xalqının qəhrəman övladlarının
igidlikləri barədə söhbətlər aparılmış, şəhid məzarları
üzərinə qərənfillər düzülmüşdür. Daha sonra 1918-ci ildə
Bakını daşnak-bolşevik işğalçılarından xilas etmiş
Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılmış
abidə ziyarət edilib. Günün 2-ci yarısında müəllimlər
İçərişəhərdə gəzintiyə çıxaraq burada qorunan tarixi
abidələrimiz haqqında fikirlərini paylaşıb və xatirə
şəkilləri çəkdiriblər.
Günün sonunda bütün iştirakçılar Bakıdakı "Royal
Hotel"də təntənəli Novruz tədbirində bir araya gəliblər.
Yaddaqalan anlar, xüsusən də intellektual oyunlarla
zəngin olan "Möhtəşəm Novruz Bayramı" iştirakçıların
ürəyincə olmuş, ölkənin qabaqcıl müəllimlərinin
əlaqələrinin möhkəmləndirilməsi, bilik və bacarıqlarını
paylaşması baxımından yüksək dəyərləndirilmişdir. Qərara
gəlinmişdir ki, belə görüşlər davam etdirilsin.
Xatırladaq ki, bu qəbildən olan ilk görüş Almaz Həsrətin
təşkilatçılığı ilə bu ilin yanvarında keçirilmişdi. |