Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Şagirdlərin İKT bilikləri daha da genişləndirilir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə 2013-cü il "İKT" ilidir.  

Buna görə  də bütün təhsil ocaqlarında olduğu kimi, Bakıdakı  14 nömrəli tam orta məktəbdə  də    İKT-dən geniş istifadə olunur.  Məktəbin direktoru Hürzad Verdizadə bildirdi  ki,  təhsil ocağı  İnternet şəbəkəyə  qoşulub.  Məktəbdə müasir tələblərə cavab verən iki informatika otağı yaradılıb  və otaqlarda  41 kompüter quraşdırılıb. Hazırda  informatika müəllimləri dərslərin maraqlı təşkilində  təlimin yeni texnologiyalarından istifadə edirlər.  Şagirdlər biliklərini artıraraq  informasiya və kommunikasiya texnologiyalarından  səmərəli istifadə etmək imkanlarını genişləndirirlər.

Müəllimlərdən İradə Həsənova və Aygün Bəylərovanın informatikadan "açıq dərs"i keçirilib. Onlar  dərslərində müxtəlif təcrübələrin nümayişinə, proqramda nəzərdə tutulan praktik işlərin şagirdlər tərəfindən yerinə yetirilməsinə ciddi fikir verirlər. Nəticədə şagirdlərdə informasiyalaşmış cəmiyyətin  tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları,   daha çox populyar olan proqramlardan kompüterdə   istifadə vərdişləri formalaşdırılır. Şagirdlər kompüterdə sərbəst yazmağı bacarır,  müəllimləri tərəfindən verilən tapşırıqları vaxtında  və keyfiyyətlə yerinə yetirə bilirlər.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov