Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Tələbələr əsgərlərlə görüşdülər

 

Martın 18-də Naxçıvan Müəllimlər İnstitutunun bir qrup tələbəsi və müəllimi sərhəd bölgəsində "N" saylı hərbi hissədə oldu və əsgərlərlə keçirilən bayram şənliyində iştirak etdi. Şənlikdə Naxçıvan MR Mədəniyyət Nazirliyinin musiqi və rəqs kollektivi və başqaları iştirak edirdi.

Polkovnik-leytenant Mirqiyas Rüstəmov bayram mərasimini açaraq Novruz bayramının milli bayram kimi tarixi köklərindən söhbət açdı. Bugünkü milli, adət-ənənələrin xalqımızın birliyində oynadığı rolu dəyərləndirdi. Eyni zamanda sovet hakimiyyəti illərində Novruz bayramının qadağan edilməsinə baxmayaraq xalq tərəfindən adət və ənənələrin yaşadılmasından geniş söhbət açdı.

Sonra çıxış edən Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli Novruz milli bayramının gənclərin həyatındakı rolundan, milli mənsubiyyətimizin tanınmasında, xalqımızın tarixi keçmişimizə bağlılığına təsirindən söhbət açdı. O bildirdi ki, bu gün dövlətimiz  tərəfindən Novruz bayramının el bayramı kimi keçirilməsinə böyük dəyər verilir və diqqət yetirilir.   Tədbirdə Naxçıvan MR Ali Məclisinin deputatları, professor Tariyel Talıbov, Nazim Bayramov, şair-dramaturq Həsənəli Eyvazlı, polkovnik-leytenant H.Məmmədov çıxış edərək əsgərləri ümumxalq bayramı olan Novruz münasibəti ilə təbrik etdilər.

Bayram şənliyində musiqi kollektivlərinin ifa etdikləri mahnılar və rəqslər hərarətlə qarşılandı. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov