Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Lənkəran Dövlət Universitetində valideynlərlə görüş

 

Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərovla valideynlərin görüşü keçirilib.

Görüşdə valideynlərlə əlaqəni genişləndirmək, gənc nəslin təlim-tərbiyəsində valideyn işini səmərəli təşkil etmək, tələbə-gənclərin təhsilinə ictimai diqqəti daha da artırmaq yollarından söhbət gedib.

Professor Asəf İsgəndərov yeni texnologiyaya əsaslanan təhsil sisteminin üstünlüklərindən, kredit sisteminə keçidlə əlaqədar ali məktəbdə görülən işlərdən, qazanılmış uğurlardan, valideyn şurasının qarşısında duran vəzifələrdən danışıb. Qeyd edilib ki, müstəqil respublikamızın yetirməsi olan Lənkəran Dövlət Universiteti bu gün Azərbaycanın qabaqcıl ali məktəbləri sırasında layiqli yer tutur. Fəaliyyət göstərdiyi gündən universiteti 5 mindən çox gənc bitirmişdir ki, onlar ölkə həyatının müxtəlif sahələrində işləyirlər. Hazırda universitetdə 4 fakültə, 11 kafedra fəaliyyət göstərir. Tələbələrin sayı 2 minə çatır. Onların 500-ə yaxını birinci kurs tələbəsidir, 31 nəfər magistrantdır.

Həmçinin qeyd edilib ki, son illərdə LDU-nun tədris korpusları əsaslı təmir edilmiş, abadlıq və yenidənqurma işləri aparılmışdır. İnformatika laboratoriyaları müasir tələblərə uyğun qurulmuş, yeni laboratoriyalar və tələbələrin tədris-təcrübə sahəsi istifadəyə verilmiş, universitetin maddi-texniki bazası gücləndirilmişdir. Geniş auditoriyalar, zəngin  laboratoriyalar, elmi kitabxana, böyük idman zalı və s. tələbələrin ixtiyarına verilmişdir. Universitetdə Heydər Əliyev muzeyi və İdarəçilik Məktəbi fəaliyyət göstərir.

Universitet valideynlər şurasının sədri Sərhad Məmmədov, valideynlərdən Yusif Babayev, Təranə Əhədova, Ağababa Novruzov və başqaları təhsilə ictimai diqqəti artırmaq istiqamətində həyata keçirilən tədbirlərdən, valideynlərin universitetin həyatında iştirakından, onların fəallığının artırılması sahəsində görülən işlərdən söz açıblar.

Tədbirdə iştirak edən valideynlər respublikamızın 21 rayonunu təmsil edirdilər.  

Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov