Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Jurnalistika fakültəsi dördüncü dəfə birinci olub

 

Martın 19-da Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən ənənəvi Novruz şənliyi keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bayram təbriklərini çatdırıb. Bu bayramı birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə edən rektor onun tarixi əhəmiyyətindən bəhs edib.

Sonra 17 fakültənin hər birinin böyük zövqlə ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış keçirilib. Rektoru qarşılayan fakültə dekanları və tələbələr hazırladıqları səhnələr haqqında məlumat veriblər. Onların hər birinin işi ilə ayrı-ayrılıqda tanış olan rektor bayramlarını təbrik edib, xoş günlər arzulayıb.

Münsiflər heyətinin seçimilə qaliblər müəyyənləşib. Novruz adət-ənənələrinin, simvollarının təqdim olunması ilə bağlı fakültələr arasında  keçirilən bu müsabiqədə jurnalistika fakültəsi birincilik qazanıb. İkinci yeri iki fakültə - ekologiya və torpaqşünaslıq, hüquq fakültələri, üçüncü yeri isə beynəlxalq münasibətlər və iqtisadiyyat, biologiya fakültələri tutublar.

Digər fakültələrin hamısı dördüncü yerin sahibləri olublar. Fakültələrin hər birinə pul mükafatı təqdim edilib.

Qeyd edək ki, əvvəlki Novruz tədbirlərində uğurla iştirak edən jurnalistika fakültəsinin bu, dördüncü birinciliyidir. Tələbələrin sözlərinə görə,  bu işdə fakültə dekanı, professor Şamil Vəliyevin, dekan müavini Əli Hacıyevin və tələbə həmkarlar təşkilatının xüsusi xidməti var.

Tədbir konsert proqramı ilə başa çatıb. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov