| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Gənc nəslin sosial, fiziki, intellektual və mənəvi 
						inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda 
						tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, 
						innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin 
						reallaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə 
						təbliğinə yönəlmiş layihələrin dəstəklənməsi məqsədilə 
						Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər 
						Fonduna Azərbaycan Respublikasının 2013-cü il dövlət 
						büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası 
						Prezidentinin Ehtiyat Fondundan 5,0 (beş) milyon manat 
						ayrılsın.  
						
						2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu 
						sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə 
						maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 18 mart 2013-cü il
 |