Martın
3-4-də Belçikada keçirilən gənc skripkaçıların V "Bravo"
Beynəlxalq müsabiqəsində Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinin IX sinif şagirdi Aytən İbrahimova I
yerə layiq görülərək laureat adını qazanmışdır.
Bu, Aytən İbrahimovanın birinci uğuru deyil. Belə ki, o,
2012-ci ildə gənc istedadların I İslam Dünyası
gənclərinin klassik musiqi ifaçılarının beynəlxalq
festival-müsabiqəsində I yerə layiq görülmüşdür. Gənc
ifaçı həmçinin Rusiyada V.Spivakovun fondu tərəfindən
təşkil olunan "Moskva dostları qarşılayır" Beynəlxalq
festivalına fərdi dəvət almış və qaliblərin "Qala
konserti"ndə çıxış etmişdir. İstedadlı skripkaçının
dəfələrlə xalq artisti Teymur Göyçayevin rəhbərlik
etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera
Orkestrinin müşayiətilə çıxışları olmuşdur.
Aytən İbrahimovanın müəllimi, əməkdar müəllim, professor
Fatimə İdyatulinadır.
R.RAMAZANOĞLU |