Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Müasir dərsdə İKT-nin rolu böyükdür

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamına əsasən 2013-cü il "İnformasiya və kommunikasiya texnologiyaları ili" elan  edilib. Bununla əlaqədar təhsil ocaqlarında  İKT ilə bağlı   yeniliklər edilir, tədbirlər həyata keçirilir.

Bakıdakı 54 nömrəli tam orta məktəbin direktoru  Sahibə Abbasova  bildirdi ki,  rəhbərlik etdiyi təhsil ocağında İKT-nin tətbiqinə  əvvəlki  illərlə müqayisədə geniş yer verilir.  Məktəbdə İKT sahəsində xüsusi istedada   malik olan  şagirdlər  aşkar edilib. Şagirdlərin bilik və bacarıqlarını yüksəltmək üçün İKT-dən istifadə  etməklə ayrı-ayrı fənlər üzrə test bankı  yaradılıb. Şagirdlər arasında İKT üzrə  bilik yarışı keçirilib.  Məktəbin kitabxanasında İKT vasitəsilə elektron dərsliklərin planı və uçotu təşkil olunub.   

Məktəbdə işləyən  informatika müəllimlərindən Sima Gözəlova, Rəfiqə Xanalıyeva və Elnarə İsmayılova Təhsil Nazirliyinin  təlim kurslarından keçiblər. Onlar  informatika  dərslərini İKT-dən istifadə etməklə yüksək səviyyədə təşkil edirlər. Eyni zamanda informatika müəllimlərinin təşkilatçılığı ilə İKT sahəsində fəaliyyət göstərən  dövlət və özəl qurumların aparıcı mütəxəssisləri ilə məktəbimizdə tez-tez görüşlər təşkil edilir  və şagirdlərimiz öz dəyərli məsləhətlərini alırlar. 

Ş.CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov