Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

"Ağ ölümə yox deyək"

 

Martın 12-də paytaxtın Xətai rayonunda yerləşən  171 nömrəli tam orta məktəbdə "Narkomaniya əsrin bəlası" mövzusunda "Ağ ölümə yox deyək" devizi altında tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynli, Xətai Rayon Polis İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, Respublika Narkoloji Mərkəzin baş həkiminin müavini Afət Məmmədova və digər şəxslər iştirak edirdilər. Öncə iştirakçılar məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış  bir gəncin narkomaniyaya necə düçar olması və onun həkimlərin və ictimaiyyətin köməyi ilə yenidən həyata qaytarılmasına həsr edilmiş səhnəciyə baxdılar.

Məktəbin direktoru İradə Murquzova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, əsrin bəlası olan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Son illərdə dünyada narkotiklərə  nəzarət, narkomaniya ilə mübarizə istiqamətində bir sıra ciddi tədbirlər görüldüyünü deyən İradə Murquzova  ümumbəşəri bir problemə çevrilən narkomaniyanın fəsadlarından söz açdı. Qeyd edildi ki, narkomaniyaya qurşananlar təhsilə, işə, ailəyə, dostlarına maraqlarını itirir və  özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə də insan həyatı zəhərlənir. Buna görə  də  ümumbəşəri problemin profilaktikası sahəsində Azərbaycanda da  bir sıra məqsədyönlü proqramlar həyata keçirilir. İ.Murquzova narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri kimi maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin və buna məhz təhsil müəssisələrində daha geniş yer verilməsinin vacibliyini vurğuladı.

Tədbirdə çıxış edən  Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynli gənclərin pis vərdişlərdən uzaq olması və sağlam həyat tərzi üçün narkomaniyaya qarşı mübarizədə hər bir Azərbaycan vətəndaşının üzərinə böyük vəzifə düşdüyünü bildirdi. Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirən X.Hüseynli mövcud problemlə bağlı həyata keçirilən dövlət proqramlarından danışdı.

Tədbirdə Respublika Narkoloji Mərkəzin baş həkiminin müavini Afət Məmmədova, BŞTİ-nin nümayəndəsi Uğurlu Abbasov və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən söz açdılar.

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov