Qəbələ Rayon Təhsil Şöbəsindən verilən məlumata görə,
5-7 mart tarixlərində rayonda "Ümumi təhsil
məktəblərində məktəbdaxili qiymətləndirmənin
aparılmasına dair Təlimat"ın tətbiq olunması ilə bağlı
seminar keçirilmişdir. Təhsil şöbəsinin işçiləri və
ümumi təhsil məktəbləri direktorlarının iştirakı ilə
keçirilən seminarda Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsinin əməkdaşı Vidadi Bağırov
məktəbdaxili qiymətləndirməyə dair Təlimatla bağlı
ətraflı məlumat vermiş, bu məsələyə dair sualları
cavablandırmışdır.
Seminarda iştirak edən məktəb direktorlarının hər biri
rəhbərlik etdiyi təhsil müəssisəsində pedaqoji
kollektivin üzvləri ilə həmin sənədin müzakirəsini
keçirmişdir. Müzakirələrdə məktəbdaxili
qiymətləndirmənin düzgün aparılması yolları ilə bağlı
müəllimlərə konkret tapşırıqlar verilmişdir.
Qeyd etmək lazımdır ki, hazırda - kurikulumların tətbiq
olunduğu indiki dövrdə müntəzəm olaraq belə seminarların
keçirilməsinin müəllimlərə, ümumilikdə bütün təhsil
işçilərinə böyük faydası vardır.
Hicran ƏKBƏROVA |