Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Nümayəndə heyəti İstanbul Texniki Universitetinin texnoparkı ilə tanış olub

 

Türkiyə Cümhuriyyətində işgüzar səfərdə olan Qafqaz Universitetinin nümayəndə heyəti İstanbul Texniki Universitetinin  (İTU) texnoparkı ilə tanış olub. Əvvəlcə İTU-nun rektoru, professor Ahmet Karaca ilə görüşən nümayəndə heyətinin üzvləri daha sonra texnoparkın rəhbəri Nazire Pekerin müşayiəti ilə texnoparkda müşahidələr aparıblar.

Türkiyədə fəaliyyət göstərən 40-dan çox texnopark arasında ən böyük maddi-texniki bazaya malik olan İstanbul Texniki Universitetinin texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar nümayəndə heyətində maraq doğurub. Tanışlıq zamanı qeyd olunub ki, texnoparkın bu fəaliyyətində İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə, magistr, doktorant və məzunları yaxından iştirak edir, əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir.

Qafqaz Universiteti texnoparkının təşkilatçılığı ilə təşkil edilən işgüzar səfər çərçivəsində bu ali təhsil ocağının rektoru, professor Ahmet Saniçin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə fəaliyyət göstərən digər texnoparkların işi ilə də yaxından tanış olub. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov