Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Ukraynalılar Azərbaycan dilini öyrənirlər

 

Bakı Slavyan Universitetinin (BSU) Kiyev Milli Linqvistik Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə Azərbaycan dili kursları açılmışdır.

 BSU-dan AzərTAc-a bildirmişlər ki, Azərbaycan dilinə və mədəniyyətinə marağı artırmaq məqsədi ilə keçirilən kurslar Ukraynadakı Azərbaycanlı Gənclər Birliyinin ofisində təşkil olunmuşdur. Hazırda kurslarda 15 Ukrayna vətəndaşı Azərbaycan dilini öyrənir. Dinləyicilər arasında diplomat, jurnalist, həkim, gömrük işçisi, iş adamları, bu ölkənin SOKAR şirkətinin əməkdaşları və s. təmsil olunmuşdur.

 Mərkəzin rəhbəri, professor Rafiq Novruzov tərəfindən aparılan dərslər həftədə iki dəfə keçirilir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov