Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Məktəbdə idman günü qeyd olundu

 

Martın 2-də Bakıdakı 99 nömrəli tam orta məktəbdə Valideyn-Müəllim Assosiasiyası tərəfindən 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbir 2 hissədən - idman növləri üzrə nümunəvi çıxışlardan və rəsmi hissədən ibarət olmuşdur.

Məktəbin idman zalında şagirdlərin iştirakı ilə futbol, voleybol, basketbol, həndbol, karate, bədii gimnastika, cüdo, şən startlar üzrə nümunəvi çıxışlar nümayiş etdirilmişdir. Akt zalında davam etdirilən tədbirdə məktəbin direktoru Ofelya Məmmədova, Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Qol Güləşi Federasiyasının rəsmisi, dünya çempionu Zurab Bəxtiyarov, Azərbaycan Taekvando Federasiyasının rəsmisi, dəfələrlə Olimpiya Oyunlarının iştirakçısı Rəşad Əhmədov, məktəbin müəllim-şagird kollektivi iştirak etmişdir. Tədbirdə məktəb üzrə VMA-nın sədri Salman Əbdülov 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbirin iştirakçılarını təbrik etmiş, respublikamızda idmana göstərilən dövlət qayğısından danışmışdır. Sonra qonaqların təbrik çıxışları olmuşdur. Çıxışlardan sonra idmanın müxtəlif növlərində, həmçinin təhsildə, fənlər üzrə bilik yarışmalarında, məktəbdə keçirilən mədəni-kütləvi tədbirlərdə fərqlənən şagird və müəllimlər Valideyn - Müəllim Assosiasiyası tərəfindən diplomlarla təltif olunmuşlar. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov