Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Naxçıvan Müəllimlər İnstitutunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

 

Naxçıvan MR Ali Məclisinin Sərəncamı ilə 2013-cü il Naxçıvan Muxtar Respublikasında "Heydər Əliyev ili" elan olunmuşdur. Eyni zamanda 2013-cü ilin may ayında ulu öndərimizin 90 illik yubileyi qeyd ediləcəkdir. Bu məqsədlə Naxçıvan Müəllimlər İnstitutunda silsilə tədbirlərin keçirilməsi planlaşdırılmışdır.

Martın 5-də Naxçıvan Müəllimlər İnstitutunda "Heydər Əliyev və Naxçıvan" mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirildi.

Giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli bildirdi ki, tarixdə şəxsiyyət mühüm rola malikdir. Görkəmli şəxsiyyəti olmayan xalq, məmləkət, region inkişaf edə bilməz. Şəxsiyyətlərin və dövlət xadimlərinin cəmiyyətdə qoyduğu iz, keçdiyi və yaşadığı şərəfli ömür yolu yeni nəsillər üçün örnəkdir, nümunədir. Belə şəxsiyyətlərdən biri də ümummilli liderimiz Heydər Əliyevdir. O, Naxçıvanın və naxçıvanlıların 90-cı illərdəki həyatında sarsılmaz iradə nümayiş etdirmiş, o cümlədən doğma Azərbaycanımızın bütövlüyünün qorunub saxlanılmasında və inkişaf etdirilməsində böyük şəxsiyyət kimi mühüm rol oynamışdır.

Bildirildi ki, 1990-1993-cü illərdə ümummilli lider Heydər Əliyev Naxçıvanı mənfur düşməndən qorumaq üçün taleyüklü qərarlar qəbul edərək İran və Türkiyə respublikaları ilə danışıqlar apararaq insanları aclıq məngənəsindən qurtardı,  bölgənin bügünkü yaşamını və inkişafını təmin etdi.

Bu gün Naxçıvan bölgəsi iqtisadi və quruculuq sahəsində Azərbaycanın öndə gedən bölgələrindən biridir.

İnstitutun riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Vəliyev "Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti" mövzusunda məruzə etmişdir. O, bildirmişdir ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvandakı siyasi fəaliyyəti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi xalqın taleyüklü məsələlərini böyük cəsarətlə həll etməsi, insanları aclıq məngənəsindən qurtarmaq üçün gördüyü tədbirlər, "Ümid" körpüsünün açılması ilə Naxçıvanı blokadadan qurtarması xalqda ona qarşı böyük inam və ümidləri daha da artırmışdır. O dövrün keşməkeşli illərində "Qars" müqaviləsini gündəmə gətirərək bir daha Naxçıvanın əzəli Azərbaycan torpaqları olduğunu dünya dövlətlərinə bəyan etdi.

Naxçıvan Müəllimlər İnstitutunun YAP müəssisədənkənar ilk təşkilatının sədri, kurikulum mərkəzinin metodisti Tamara Baxşəliyeva "Naxçıvanın inkişafında Heydər Əliyevin rolu" mövzusundakı çıxışında Naxçıvanın blokada şəraitindəki iqtisadi inkişafından, ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsindən ətraflı bəhs etdi. İnstitutun 30 nəfər tələbəsinə YAP-ın üzvlük bileti təqdim olundu.

Professor Oruc Həsənli lektoriyaya yekun vurdu.  

Naxçıvan Müəllimlər
İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov