Artıq bir ənənəyə çevrilmiş Beynəlxalq Türk Dili
Olimpiadası bu il Türkiyənin İzmir şəhərində baş
tutacaq. "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə
Heyətinin sədri Ənvər Özərənin verdiyi məlumata görə,
Azərbaycan məktəblilərinin XI Beynəlxalq Türk Dili
Olimpiadasında iştirak etməsi üçün mart ayının 14-də
ölkə üzrə seçim turu keçiriləcəkdir. Seçim turunda qalib
gələn şagirdlər XI Beynəlxalq Türk Dili Olimpiadasında
ölkəmizi təmsil edəcəklər.
Onu da qeyd edək ki, olimpiadanın keçirildiyi 10 il
ərzində respublikamızın məktəbliləri çoxlu sayda qızıl,
gümüş və bürünc medallar qazanıblar. 30 may-14 iyun
2012-ci il tarixlərində Türkiyədə keçirilən 135 ölkədən
1500 məktəblinin qatıldığı X Beynəlxalq Türk Dili
Olimpiadasında da Azərbaycan məktəbliləri növbəti uğura
imza ataraq vətənə 13 qızıl, 10 gümüş və 3 bürünc
olmaqla bütövlükdə 26 medalla dönüblər.
Samirə KƏRİMOVA |