Martın
6-da sosial elmlər və psixologiya fakültəsinin fəlsəfə
tarixi və mədəniyyətşünaslıq kafedrasının təşəbbüsü ilə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illik yubileyi ilə əlaqədar olaraq Bakı Dövlət
Universitetində təşkil edilən "Fəlsəfə və sosial
elmlərin aktual problemləri" mövzusunda respublika
seminarının ilk iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik
Abel Məhərrəmov Azərbaycan xalqının demokratik dövlətdə
yaşamasının ümummilli lider Heydər Əliyevin adı ilə
bağlı olduğunu deyib. Qeyd edib ki, hər yerdə olduğu
kimi, Bakı Dövlət Universitetində də ulu öndər Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyinin təntənəli
şəkildə qeyd edilməsi üçün bir sıra tədbirlər həyata
keçirilir. "Fəlsəfə və sosial elmlərin aktual
problemləri" mövzusunda respublika seminarı həmin
tədbirlər silsiləsindəndir. Seminarların tədris ili
ərzində ayda bir dəfə keçirilməsi nəzərdə tutulub.
Sonra BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq
kafedrasının müdiri, Milli Məclisin İnsan hüquqları
komitəsinin sədri, professor Rəbiyyət Aslanova "Heydər
Əliyev irsi və Azərbaycanda fəlsəfə və sosial elmlərin
vəzifələri, problem və perspektivləri" mövzusunda məruzə
edib.
Seminarda professorlar - Hikmət Əlizadə, Fərman
İsmayılov və başqaları çıxış ediblər.
BDU-nun Mətbuat və informasiya şöbəsi |