Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Dövlət İdarəçilik Akademiyasında yerli özünüidarəetmənin inkişafına dair təlim-seminar

 

Respublikamızda yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərə müvafiq olaraq 4-15 mart 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bələdiyyələrin rəhbər heyəti üçün təlim-seminarlar keçirilir.

Bu münasibətlə martın 4-də təşkil olunan açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Türkiyənin Azərbaycandakı səfirinin müavini xanım Meral Barlas çıxış ediblər.

Seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov giriş sözü ilə  açaraq respublikamızda yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, respublikamızın davamlı inkişafa nail olması xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlıdır. Natiq ölkəmizin modernləşməsində, inkişafın yeni keyfiyyət mərhələsinə qədəm qoymasında respublika Prezidenti cənab İlham Əliyevin gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən söz açıb, aparılan islahatların əsas məqsədinin çevik idarəçilik sisteminin formalaşdırılması, insan hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarət olduğunu bildirib. O, həmin istiqamətdə atılan mühüm addımlardan birinin yerli özünüidarəetmənin inkişafı sahəsində görülən işlər olduğunu qeyd edib. Bildirilib ki, təşkil olunan seminarın məqsədi də davamlı insan inkişafı sahəsində həyata keçirilən milli strategiyanın tərkib hissəsi olan idarəçilik üzrə aparılan islahatları təhlil etmək, yerli özünüidarəetmədə əldə olunan uğurları və gözləntiləri nəzərdən keçirmək, həmçinin inkişaf etmiş ölkələrin səmərəli təcrübəsinin tətbiqi imkanlarını, qarşılıqlı təcrübə mübadiləsinin  həyata  keçirilməsini  araşdırmaqdır.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən seminarın işində yerli mütəxəssislərlə yanaşı, Türkiyə Respublikasının Daxili İşlər, İnkişaf nazirliklərinin məsul işçiləri, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun (TODAİE), həmçinin  adıçəkilən ölkənin  aparıcı universitetlərinin mütəxəssisləri, bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış qurumların ekspertləri iştirak edirlər.

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov