Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Təhsil naziri "British Council" təşkilatının Avropa üzrə regional direktoru ilə görüşüb

 

 Təhsil naziri Misir Mərdanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş "Ali təhsildə qloballaşmaya doğru - 2013-cü il" adlı beynəlxalq konfrans çərçivəsində "British Council" təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb.

Görüşdə Azərbaycanda "British Council" təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi, təhsildə İKT-nin tətbiqi, distant təhsil, ingilis dilinin tədrisi, ingilis dili müəllimlərinin ixtisasının artırılması və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, dünyada ən geniş yayılmış təhsil şəbəkəsi olan "British Council" təşkilatı təhsil sahəsi üzrə dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Həmçinin, Azərbaycanla sıx əməkdaşlıq edən "British Council" ölkəmizdə təhsilin müxtəlif pillələri üzrə beynəlxalq əlaqələrin inkişafına və ingilis dilinin tədrisinə dəstək verir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov