Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov "British
Council" təşkilatı tərəfindən Birləşmiş Ərəb
Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş "Ali
təhsildə qloballaşmaya doğru - 2013-cü il" adlı
beynəlxalq konfransda iştirak edib.
Beynəlxalq konfransa dünyanın 70-dən çox ölkəsindən 1400
təhsil eksperti, təhsil nazirləri, təhsili idarəetmə
qurumlarının əməkdaşları və elm adamları qatılıb.
Qeyd edək ki, "Ali təhsildə qloballaşmaya doğru - 2013-cü
il" adlı beynəlxalq konfrans 3 gün davam edib. |