| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan 
						Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 
						542 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 
						Respublikasının Prezidenti yanında Gənclər Fondunun 
						Nizamnaməsi"nin 5.5 - 5.7-ci bəndlərinə uyğun olaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti 
						yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin 
						edilsinlər:  
						
						
						Dövlət orqanlarından:  
						
						Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası 
						Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər 
						şöbəsi müdirinin müavini  
						
						Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası 
						gənclər və idman nazirinin müavini  
						
						Novruzov Qulu Novruz oğlu - Azərbaycan Respublikası 
						təhsil nazirinin müavini  
						
						Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası 
						mədəniyyət və turizm nazirinin müavini  
						
						Məmmədov Cavid Nəriman oğlu - Azərbaycan Respublikası 
						Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi 
						müdirinin müavini  
						
						
						Gənclər təşkilatlarından:  
						
						İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər 
						Təşkilatları İttifaqının sədri  
						
						Mehdiyev Nurəddin Səftər oğlu - "Bizim Nəsil" Gənclərin 
						Regional İnkişaf Assosiasiyasının sədri  
						
						Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual 
						İnkişafına Yardım" İctimai Birliyinin İdarə Heyətinin 
						sədri  
						
						Seyidzadə Şahin Kamil oğlu - Azərbaycan Respublikası 
						Gənclər Təşkilatları Milli Şurasının sədri  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 4 mart 2013-cü il
 |