| 
						
						2013-cü ildə böyük səhnə ustası, Azərbaycanın teatr və 
						kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti 
						Hökümə Abbasəli qızı Qurbanovanın 100 illiyi tamam olur. 
						
						Hökümə Qurbanova canlandırdığı romantik çalarlı və 
						mübariz xarakterli qəhrəman qadın obrazları qalereyası 
						ilə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsini 
						zənginləşdirmişdir. Yüksək istedada malik qüdrətli 
						aktrisanın bənzərsiz yaradıcılığı sənətkarların yeni 
						nəsli üçün məktəb olaraq qalmaqdadır. 
						
						Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr 
						vermiş SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik 
						yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə 
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi 
						ilə birlikdə SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 
						illik yubileyinə həsr olunmuş tədbirlər planını 
						hazırlayıb həyata keçirsin. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 4 mart 2013-cü il
 |