Bakıdakı
61 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 21-ci
ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirə
başlamazdan əvvəl iştirakçılar Xocalı faciəsini əks
etdirən fotoşəkillərə və rəsm əsərlərinə tamaşa
etdilər. Səhnənin yuxarısında anma mərasiminin
emblemi "Xocalısız 21 il" yazılmış dairəvi lövhə
asılmışdı. Arxa planda dağlar, meşə, dağ çayı təsvir
olunurdu. Səhnənin küncündə "Ana və uşaq" abidəsi,
ortasında dekorasiya vasitəsilə "şəhid qəbri"
düzəldilmişdi. Üzərində "Naməlum " sözü yazılmış
qəbrin ətrafında şamlar yanırdı. Burada Xocalını
əks etdirən şəkillər, qələbəyə çağırış şüarı,
plakatlar və rayonun böyük xəritəsi asılmışdı. Dövlət
himni səsləndirildikdən sonra Xocalı qurbanları bir
dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə
açan məktəbin direktoru Zenfira Şıxəliyeva Xocalı
soyqırımının dəhşətlərindən, erməni vəhşiliyindən
danışdı.
Tədbirdə Xocalı soyqırımı ilə əlaqədar ayrı-ayrı
çıxışlarda da tarix boyu ermənilərin xalqımıza qarşı
həyata keçirdikləri soyqırımı siyasətindən və məkrli
niyyətlərindən söz açıldı.
Sonra şagirdlərin ifasında Xocalı soyqırımını əks
etdirən ədəbi-bədii kompozisiya göstərildi.
Şakir CƏFƏROV |