Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

"Ana dilim, yaşa, dilim!"

 

Bakıdakı  182 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş   "Ana dilim, yaşa, dilim!" adlı  tədbir keçirilib.  Məktəbin direktoru Zinyət Tağıyeva qonaqları salamladıqdan sonra bildirib ki, bizim ana dilimiz Azərbaycan dilini ulu öndərimiz Heydər Əliyev çox sevib, ona həmişə böyük qiymət verib. Dünyanın ən qədim dillərindən sayılan dilimizi biz də bilməli, sevməli və onun saflığını qorumalıyıq.

"Şirin dil" mahnısının sədaları altında başlayan tədbirdə  ana dilimizin gözəlliklərini, saflığını,  söz qüdrətini  öz ifaları  ilə canlandıran şagirdlər keçmişə qısa nəzər salaraq dilimizin qorunması uğrunda mübarizələrdən söz açıblar.  Onlar böyük həvəslə hazırladıqları C.Məmmədquluzadənin "Qurbanəli bəy" hekayəsi, "Anamın kitabı" dramı, C.Cabbarlının "Oqtay Eloğlu"  əsərindən göstərdikləri səhnəciklərlə doğma ana dilinə olan böyük məhəbbətlərini ifadə ediblər. Şagirdlərin S.Vurğunun, R.Rzanın, M.Müşfiqin ana dili haqqında yazılmış şeirləri əsasında hazırladıqları "Ana dilim, yaşa, dilim!" adlı  ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda çıxış edən qonaqlar  türk dünyası dillərinin fövqündə dayanmağa layiq olan Azərbaycan dilinin zənginliyindən söz açıblar. Onlar ana dilimizi bütün xarici təzahürlərdən qorumaq üçün mübarizəyə hazır olduqlarını bildirərək ana dili sevgisini millət və dövlətin mövcudluğunda əsas amillərdən biri kimi xarakterizə ediblər.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov