Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Psixoloq müəllimlərə sertifikatlar təqdim olundu

 

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının ümumi təhsil məktəblərində işləyən bir qrup məktəb psixoloquna 60 saatlıq ixtisasartırma kursunu bitirdiklərinə dair sertifikatlar verilmişdir. Bu münasibətlə fevralın 20-də institutun akt zalında tədbir keçirilmişdir./ 

Tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli qeyd etmişdir ki, 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı və mərhələ-mərhələ həyata keçirilən yeni təhsil islahatı müasir günümüzlə ayaqlaşa bilən, yeni təlim metodlarını mənimsəyən müəllim hazırlığının təşkilini problem kimi qarşıya qoydu. İbtidai və fənn müəllimləri ilə yanaşı məktəb psixoloqlarının da hazırlığı məsələsi nəzərdə tutuldu. Bildirildi ki, bu məqsədlə onlar üçün müntəzəm olaraq qısamüddətli (60 saatlıq) kursların keçirilməsi planlaşdırılıb. Bundan əvvəl yola salınan iki qrupa 60 nəfərdən artıq məktəb psixoloqu cəlb olunmuşdur. Bu gün isə üçüncü qrupa sertifikat verilir. Həmin psixoloqlar artıq məktəbdə yeni təhsil konsepsiyasına uyğun olaraq öz işlərini qurmuşlar. Yeni təhsil islahatı yeni təfəkkürlü şəxsiyyət formalaşdırmağı məqsəd kimi qarşıya qoyur. Biz də buna nail olmağa çalışırıq.

Rektor çıxışının sonunda sertifikat alacaq psixoloqlara gələcək işlərində uğurlar dilədi.

Naxçıvan MR Təhsil Nazirliyinin baş mütəxəssisi Rəşad Əlizadə çıxış edərək qeyd etdi ki, bu gün Naxçıvan Müəllimlər İnstitutu ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi tədbirlər təhsil işçilərimizin uğur qazanmasına kömək edir. Müəllimlərimizin və psixoloqlarımızın bu ali təhsil ocağında təkmilləşdirmə  kurslarına cəlb olunması təkcə bilik və təcrübə qazandırmır, həm də iki müəssisə arasında bir yaxınlığa, doğmalığa səbəb olur. Naxçıvan Müəllimlər İnstitutu ilə birgə işimiz həm də yeni düşüncə tərzinə malik gənclərin böyüməsinə və cəmiyyətə qoşulmasına xidmət edir. Çünki müəllimlərimiz burada əldə etdikləri bilik və təcrübəni məktəblərdə tətbiq edirlər. R.Əlizadə işin düzgün təşkilinə və müəllimlərə yaxından köməkliyə görə Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirdi.

Müdavimlər çıxış edərək kurs müddətində onlara verilən biliklərə və göstərilən qayğıya görə institut rəhbərliyinə və müəllimlərə təşəkkürlərini bildirdilər.  Kursu bitirən məktəb psixoloqlarına kitablar, tədbirlərin elektron versiyası və sertifikatlar təqdim olundu.

İnstitutun rektoru, professor Oruc Həsənli tədbirə yekun vurdu. 

Naxçıvan  Müəllimlər  İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov