Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Bakıdakı
284 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Öncə bir
dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi.
Tədbiri açıq elan edən məktəbin direktoru Təşkilat
Əliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX
əsrin ən ağır cinayətlərindən biri - erməni
qəsbkarlarının törətdiyi misilsiz vəhşilikləri barədə
məlumat verdi.
Məktəbin şagirdləri Emil Nağıyev, Səbinə Gəncəliyeva
çıxışlarında erməni daşnaklarının Azərbaycan xalqının
başına gətirdikləri müsibətlərdən ürəkağrısı ilə
danışdılar. Qeyd olundu ki, 1992-ci il Xocalıda baş
verən qanlı hadisələr o zamankı Azərbaycan
rəhbərliyinin fəaliyyətsizliyinin nəticəsi kimi
dəyərləndirilmiş, bu faciəyə hüquqi qiymət yalnız
ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu
Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra
verilmişdir.
Sonra şagirdlər Fatimə Həziyeva, İbrahim Qasımbəyli,
Anar Rzayev, Emin Abışov "Laylay, Xocalım laylay",
"Xocalının Milli Qəhrəmanları", "Azərbaycan" mövzusunda
kompozisiyalar nümayiş etdirdilər. Şagirdlər "Şəhid
qardaşım", "Qəhrəman Çingiz", "Dəfn edin məni",
"Xocalı faciəsi", "Bir gəlin qaçırdı, dağlara sarı",
"Azərbaycan" və s. adlı şeirlər, bayatılar söylədilər.
Sonda Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı
Xocalı soyqırımının dəhşətli məqamlarından görüntülər
göstərildi.
Rəşad ZİYADOV |