Bəşər
tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımı Gəncə
Humanitar Kollecində də yad edildi. Kollecin akt zalında
"Təsviri incəsənət və rəsmxət" ixtisası üzrə təhsil alan
tələbələrin Xocalı soyqırımına həsr olunmuş əl
işlərindən ibarət sərgisi təşkil olundu. Sərgini seyr
edən tələbələr ermənilərin mənfur simalarının bir daha
şahidi oldular.
Sərgiyə baxışdan sonra "Musiqi təhsili" ixtisasında
təhsil alan tələbələrin iştirakı ilə ədəbi-bədii
kompozisiya təqdim edildi. Tələbələrin hazırladığı
səhnəciklərlə bərabər Xocalı soyqırımına aid
kinofilmlərdən fraqmentlər də göstərildi.
Tədbirin sonunda hərbi xidmətə getməyə hazırlaşan
oğlanlardan ibarət xor bəstəkar Cavanşir Quliyevin
"Əsgər marşı"nı ifa etdi. |