Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Naxçıvan Özəl Universitetində elmi-praktik konfrans

 

Naxçıvan Özəl Universitetində Xocalı soyqırımına həsr olunmuş "Xocalı soyqırımı-erməni vəhşiliyinin növbəti cəhdi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli açaraq bildirmişdir ki, Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Bu hadisə mənfur ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi böyük soyqırımı siyasətinin növbəti mərhələsi olmuşdur. Həmin gün azğın düşmən heç kəsə, hətta körpələrə, uşaqlara, qocalara belə aman verməmişdir. Təəssüflər olsun ki, respublikanın o dövrdəki rəhbərliyi susaraq xalqımızın başına gətirilən bu bəlanın nə qarşısını aldı, nə də ona lazımı qiymət verdi. Bu cinayətin beynəlxalq müstəvidə tanıdılması, ona hüquqi-siyasi qiymət verilməsi  və erməni faşizminin ifşa olunması ilə əlaqədar  ilk təşəbbüs xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və səyi nəticəsində o zaman Milli Məclisdə qəbul edilən tarixi qərardan sonra 26 fevral Xocalı soyqırımı günü kimi qeyd olunmağa başlandı.

Tərbiyə işləri üzrə prorektor Əli Yusifov, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov çıxış edərək soyqırımı ilə bağlı xalqımızın başına gətirilmiş müsibətlərdən danışmış, dəhşətli faciənin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirmişlər.

Sonda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov