Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Astara Pedaqoji Kollecində anma mərasimi

 

Astara Pedaqoji Kollecində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunan anım tədbirini kollecin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim Əlihəsən Həmzəyev açdı. O qeyd etdi ki, ölkənin bütün təhsil müəssisələrində olduğu kimi, Astara Pedaqoji Kollecində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Bildirildi ki, tədbirlərin keçirilməsində əsas məqsəd odur ki, tələbə-gənclər erməni vəhşilərinin Azərbaycan torpaqlarında törətdikləri soyqırımı aktları ilə bağlı əsl həqiqətləri heç vaxt unutmasınlar. Son dövrlərdə beynəlxalq səviyyədə aparılan məqsədyönlü siyasət nəticəsində əksər ölkələr artıq erməni faşizminin iç üzünü tanımaqdadır.  Kollecin müəllimi, YAP kollec təşkilatının sədri Zamik Mahmudov "Xocalı faciəsini unutmaq olmaz" mövzusunda məruzə etdi. Məruzəçi soyqırımı haqqında məlumatları xronoloji ardıcıllıqla iştirakçıların nəzərinə çatdırdı.  Müəllimlərdən Azər Fərəməzov, Billur Feyziyeva, tələbələrdən Abbas İbrahimli, Elza Əfruzzadə, Ülkər Cabbarova çıxış edərək gənclər adından bildirdilər ki, Xocalı soyqırımı və erməni vandallarının törətdikləri vəhşiliklər və qətliamlar bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Vaxt gələcək biz öz qisasımızı alacağıq. Həmin gün uzaqda deyil. 

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov